Ukraynanın baş naziri Denis Şmıqal gələn həftə Ukrayna hökumətində bir sıra kadr dəyişikliyi olacağını açıqlayıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Ukraynanın Kiçik Elmlər Akademiyasının direktoru Oksen Lisovoy yeni təhsil və elm naziri olacaq. O, bu postda Sergey Şkarleti əvəz edəcək.
Ukrayna Dəmir Yollarının keçmiş rəhbəri Aleksandr Kamışin Pavel Ryabikin əvəzinə strateji sənaye naziri vəzifəsinə keçəcək.