Neft qlobal bazarda bahalaşdı

 

Dünyanın ən böyük xam neft idxalçısı olan Çində istehsalda güclü sıçrayışın qlobal yanacağa tələbat proqnozunu artırmasından sonra neft qiymətləri çərşənbə günü ikinci seansda qazancını artırıb.

Demokratikmusavat.com xəbər verir ki, may ayı üçün "Brent" markalı neft fyuçerslərinin dəyəri 0,46 dollar və ya 0,6% artaraq hər barel üçün 83,91 dollar olub. ABŞ-ın Qərbi Texas (WTI) markalı neft fyuçersləri isə aprel ayı üçün 0,42 dollar və ya 0,6% bahalaşaraq 77,47 dollar/barel təşkil edib.

Neft qiymətləri dünyanın ikinci ən böyük xam neft istehlakçısı olan Çində tələbin güclü yüksəlişi ilə bağlı gözləntilərlə dəstəklənməyə davam edir.

Bununla belə, güclü tələb siqnalı dünyanın ən böyük neft istehlakçısı və istehsalçısı olan ABŞ-da artan xam neft ehtiyatları ilə kompensasiya edilir.

Könül
Demokratikmusavat.com

0.19843602180481