Bakı metrosunda Həzi Aslanov-Dərnəgül marşrutu üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasında olarkən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb.
Bu barədə Demokratikmusavat.com a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə "Nərimanov" elektrik deposuna yola salınıb:
"Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib", - deyə açıqlamada qeyd olunub.