Kinofilm və dublyaj sahəsində təşviqlər müzakirə edildi

 

Azərbaycanda mədəniyyət sahəsi üzrə inkişafın stimullaşdırılması, investisiya və kapital qoyuluşu həcminin artırılması üçün verilə biləcək vergi təşviqlərinin dairəsinin müəyyənləşdirilməsi müzakirə edilib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının birgə təşkilatçılığı ilə online görüşdə müzakirə edilib.

Görüşdə ölkəmizdə kinofilm istehsalı, dublyaj və animasiya sahəsində fəaliyyət göstərən əsas istehsalçılar və kinoteatrlar şəbəkələri iştitrak edib.

Görüşdə ölkəmizdə kinematoqrafiya sektorunda çalışan şəxslər üçün əlverişli şəraitin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən milli kinofilmlərin istehsalı və yayımı üzrə sahibkarlıq subyektlərinin fəaliyyətinə təşviqlərin verilməsinə dair təkliflər dinlənilib, xüsusi əhəmiyyət daşıyan sahəvi qanunvericilik aktları və qaydalarında mümkün dəyişikliklərin vacibliyi iştirakçılar tərəfindən qeyd olunub.

0.1723301410675