“Veysəloğlu” şirkətinin sahibinə məxsus mühüm sənədlər itib

 

2011-ci il mayın 24-də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Talıbov Aydın Veysəl oğlunun adına verilmiş sənədlər itib.

Demokratikmusavat.com xəbər verir ki, sənədlər 0,48807 hektar torpaq sahəsinin (Salyan şəhəri, 20 Yanvar küçəsi 32) MA seriyalı, 0212490 nömrəli reyestrdən çıxarışı, torpaq sahəsinin planı və ölçüsüdür.

Həmin sənədlər itdiyi üçün etibarsız sayılır. 

Qeyd edək ki, Talıbov Aydın Veysəl oğlu "Veysəloğlu" Şirkətlər Qrupunun prezidentidir. Bu qrupa  "Ulduz" şokolad fabriki, "Xonça" şirniyyat evi, "Araz" supermarket və "OBA" marketlər şəbəkələri və digər şirkətlər daxildir.

Könül
Demokratikmusavat.com

0.14669394493103