Dövlət qurumu bina tikən bu şirkətləri də məhkəməyə verir

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu bir neçə tikinti şirkətini məhkəməyə verib.

Demokratikmusavat.com ” xəbər verir ki, institut “RFM” MMC və “Kontinent İnşaat” MMC ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - podrat müqaviləsi üzrə mübahisələrdir.

İşlərə müvafiq olaraq hakim Ülkər Həsənova və Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, FHN “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus olduğu deyilən “Təbriz” MTK ilə bağlı da məhkəməyə müraciət etmişdi.

FHN “Şərurlu İsfəndiyar”ın şirkətini məhkəməyə verdi

Könül
Demokratikmusavat.com

 

0.20747709274292