Manatın real məzənnəsi azalır

 

2022-ci ilin dekabrın 31-nə manatın xarici valyutalara nisbətən real effektiv məzənnəsi 122,3 bənd olub.

Demokratikmusavat.com ”ın məlumatına görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 bənd çox, ötən ilin noyabrın 30-u ilə müqayisədə isə 0,9 bənd azdır. Manatın real effektiv məzənnəsi oktyabrın sonunda isə 125,3 bənd təşkil edirdi.

Manatın nominal effektiv məzənnəsi isə illik müqayisədə 9,8 bənd artaraq cari ilin dekabrın sonuna 95,2 bənd əşkil edib. Noyabrın sonu ilə müqayisədə isə nominal effektiv məzənnədə 1,4 bənd azalma müşahidə olunub.

Könül
Demokratikmusavat.com

0.57012701034546