Azərbaycanın yollarındakı son vəziyyət açıqlandı

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyəti açıqlayıb.

Demokratikmusavat.com açıqlamaya istinadən xəbər verir ki, “ZƏFƏR” yolunda zəif qar yağır, 7-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Toğanalı - Kəlbəcər - İstisu yolunda zəif qar yağır, hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 13-22 dərəcə şaxta müşahidə olunur. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən “Ömər aşırımı” istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Bakı - Quba yolunda yağıntı yoxdur, Qusar rayonu ərazisində yolun buz bağlamış sahələrinə qum-duz səpilib.

Xınalıq kəndi ərazisində 16 dərəcə şaxta var. Hazırda yolda əmələ gəlmiş buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Giləzi - Xızı yolunda yağıntı yoxdur, Xızı rayonu ərazisində 4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan yolunda zəif qar yağır, Qobustan rayonu ərazisində 6-8 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış sahələrinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı yolunda zəif qar yağır, Şamaxı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış sahələrinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – Ağsu - Yevlax yolunda zəif qar yağır, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - İsmayıllı yolunda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun 7-19 km hissəsində buz bağlamış hissələrə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Yolun İsmayıllı və Qəbələ rayonları ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun İsmayıllı-Qəbələ hissəsində güclü buzlaşma əmələ gəlmiş, bununla əlaqədar qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur, Qax rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy yolunda gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 2-10 dərəcə şaxta var. Yolda buzlanma var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Gəncə - Daşkəsən yolunda gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 7-8 dərəcə şaxta var. Hava dumanlıdır, yolda buzlanma var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt - Astara yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı yolunda yağıntı yoxdur, yolun buz bağlamış sahələrinə qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik: Lerik rayonu ərazisində qar yağır, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, bununla yanaşı qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax avtomobil yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

0.23229217529297