Milyarder Rəşid Sərdarovun oğlu evləndi

 

Rusiyada "Buro 24/7"nin baş redaktoru Yekaterina Darma sevgilisi, dollar milyarderi Rəşid Sərdarovun oğlu Timur Sərdarovla evlənib.

Axşam.az xəbər verir ki, toy cütlüyün yaşadığı İtaliyada baş tutub. "Rus Elle"nin keçmiş baş redaktoru Yekaterina Muxina mərasimin videosunu teleqram kanalında paylaşıb.

Xatırladaq ki, ötən ilin dekabrında Yekaterina Darma və Timur Sərdarov valideyn olublar. Cütlüyün bir oğlu olub, adını da babasının şərəfinə Rəşid qoyublar.

0.19565105438232