KİV: “Rus Pravoslav Kilsəsinin patriarxı DTK agenti olub”

 

Rus Pravoslav Kilsəsinin patriarxı Kirill 1970-ci illərdə İsveçrənin Cenevrə şəhərində Sovet İttifaqının xeyrinə casusluq etmiş ola bilər. Orada din xadimi Ümumdünya Kilsələr Şurasında Kilsənin nümayəndəsi olub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İsveçrənin “SonntagsZeitung” nəşri yazıb.

Məlumata görə, məxfilik qrifi götürülmüş arxiv materialları Kirilin Dövlət Təhlükəsizlik Komitəsində işlədiyini və casus olduğuna dəlalət edirlər. O, Cenevrədə olarkən casusluqla məşğul olub. Orada onun əsas vəzifəsi o dövrdə çoxlu sovet agentlərinin daxil olduğu Ümumdünya Kilsələr Şurasına təsir etmək idi.

Rus Pravoslav Kilsəsi belə məlumatlara hər hansı şəkildə şərh verməkdən imtina edib. Eyni zamanda, Rusiyanın İsveçrədəki səfirliyi nəşri “rusofobiya nümunəsi” adlandırıb və Kirillə qarşı bütün ittihamları rədd edib.

0.2064368724823