Ürəyi 6 dəfə dayandı, 27 dəqiqə...

 

ABŞ-ın Arizona ştatında yaşayan Tina Hines adlı qadın 2018-ci ilin fevralında baş verən bədbəxt hadisədən sonra məşhurlaşıb.

"Demokratikmusavat.com" xarici KİV-ə istinadla xəbər verir ki, bu müddətdədə yaşadıqları barədə kitab yazan Tina 5 il sonra verdiyi açıqlamalarla yenidən gündəmə gəlib.

Belə ki, Tina 2018-ci ildə infarkt keçirərək avtomobil yolunda yıxılıb. Əri Brayan onu tapanda, bədbəxt qadın heç bir reaksiya vermədən yerdə uzanmışdı və ölüm ayağında idi.

Ərinin çağırışı ilə hadisə yerinə gələn təcili yardım əməkdaşları xəstəxanaya gedənə qədər qadının dayanan ürəyini 6 dəfə yenidən işə salıb.
Heç bir həyat əlaməti göstərməyən və 27 dəqiqə ərzində tibbi olaraq “ölü” olan qadın xəstəxanada ürəyinə verilən şokdan sonra nəhayət həyata dönüb.
Ancaq cəmi bir gün sonra Tinanın həyati əlamətləri normallaşıb.

Süni nəfəs aparatından çıxarılan kimi Tina ərindən qələm və kağız istəyərək “Bu, gerçəkdir” sözlərini yazıb. 
Əri həqiqətin nə olduğunu soruşanda Tina cənnəti gördüyünü və gerçək olduğunu deyib.

Ölümdən sonra həyatı gördüyünü iddia edən qadın “Cənnət gerçəkdir... Ölüm həyatı necə dəyişir?” adlı kitab da yazıb.

 “İsanı öldükdən sonra qarşımda gördüm. O, orada qollarını uzadaraq, arxasında böyük bir parıltı ilə dayanmışdı. Mən özümü inanılmaz dərəcədə dincəlmiş və hüzurlu hiss edirdim”,- deyə Tina bildirib.

Bəzi sosial media istifadəçiləri qadının yaşadıqlarının sadəcə reanimasiyada gördüyü yuxu olduğunu desə də, bəziləri Tinanı kitabını reklam etdiyini yazıb.

 

0.16516613960266