Rus əsgərləri əsirlikdən azad edildi

 

63 rus əsgəri Ukraynadan əsir mübadiləsi ilə azad edilib.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada çətin danışıqlar nəticəsində əsir götürülən Rusiya Silahlı Qüvvələrinin 63 əsgərinin Kiyev administrasiyasının nəzarətində olan ərazidən geri qaytarıldığı bildirilib.

Sözügedən hərbçilərin hamısının artıq Rusiyada olduğu, əsgərlərə psixoloji və tibbi yardım göstərildiyi qeyd edilib.

"Azad edilən rus hərbi qruplaşması "həssas" kateqoriyaya aid olan şəxslərdən ibarətdir. Əsir mübadiləsi Birləşmiş Ərəb Əmirlikləri administrasiyasının vasitəçilik səyləri sayəsində mümkün olub".

0.28845405578613