Ukraynadan Avropaya gedən qaçqınların sayı açıqlanıb

 

Rusiya-Ukrayna müharibəsi başlayandan Avropada təxminən 4 milyon 823 min ukraynalı qaçqın qeydiyyatdadır.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.

Hazırda müvəqqəti müdafiə statusuna malik qaçqınların ən çoxu Polşadadır - 1 milyon 563 min. Qaçqınların sayına görə Almaniya ikinci yerdə (881 min), Çexiya isə üçüncü yerdədir (485 min).

0.24843001365662