Bu ölkədə fövqəladə vəziyyət rejimi 60 günlüyə uzadıldı - Rusiya təhlükəsi

 

Moldova parlamenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyətin müddətini daha 60 gün uzadıb.

Demokratikmusavat.com  xəbər verir ki, bu barədə TASS qanunverici orqanın mətbuat xidmətinin yayımladığı parlamentin iclasına istinadən məlumat yayıb.

“Moldova Respublikasının bütün ərazisində fövqəladə vəziyyət rejimi 2023-cü il fevralın 4-dən 60 gün müddətinə uzadılsın”, – qərarda deyilir.

Qərarın Hərəkət və Həmrəylik Partiyasının 60 səsi ilə təsdiqləndiyi, müxalifətin isə etiraz olaraq bu qərarın müzakirəsini boykot etdiyi bildirilir.

Bundan əvvəl Moldova hökuməti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyətin 60 gün müddətinə uzadılması ideyasını təsdiqləyib.(publika.az)

0.13637495040894