BMT-nin baş katibi Ukraynaya gedəcək? - AÇIQLAMA

 

BMT-nin baş katibi Antonio Quterreş hələlik Ukraynaya səfər etməyi planlaşdırmır.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu dünya təşkilatının rəhbərinin müavini Florensiya Soto Nino bildirib.

O, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ildönümü ərəfəsində Quterreşin Kiyevə səfərinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən, “Hazırda səyahət planlarımızla bağlı heç bir məlumat yoxdur”, - deyib.

Florensiya Soto Nino əlavə edib ki, BMT-nin baş katibi fevralda Baş Assambleyanın iclasında Ukraynadakı vəziyyətlə bağlı çıxış edəcək.

0.23697400093079