İran Azərbaycanın qarşısında dura bilməyəcək

 

“İranın bu gün dövlət kimi formalaşdırılması, Turana qarşı düşmənlik fonunda özünü göstərir. Yəni İsraillə olan məsələlərdə belə əslində gizlin şəkildə türkə, türk birliyinə olan düşmənlik fonunda siyasət yürüdür.

Azərbaycanın ikiyə bölünməsi, 40 milyon azərbaycanlının İranda yaşaması, onların hüquqlarının kobud şəkildə pozulması, ana dilimizə olan qadağalar, azərbaycanlıların mədəniyyət mərkəzlərinə olan təzyiqlər, məktəblərin qapadılması və digər oxşar hadisələrin hər biri orada olan azərbaycanlıların inkişafına mane olmaq, Azərbaycanla olan münasibətlərinə kölgə salmaqdır. Əsas o ki, bu terrorist rejim Azərbaycanın düşmən obrazını yaratmaq siyasəti həyata keçrisələr də, buna nail ola bilməyibər.

Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov İran Azərbaycan münaisbətlərini şərh edib. Deputat bildirib ki, terrorlar, təhdidlər bu gün müasir Azərbaycana kölkə salmaq, onu bir növ çəkindirmək, qorxutmaq üçündür. Amma bunların hamısı əbəsdir, çünki bugünkü Azərbaycan müstəqil, hərbi, siyasi, iqtisadi cəhətdən güclü olan ölkələr sırasındadır. "Azərbaycanın prezidenti cənab İlahm Əliyev dünyanın qəbul etdiyi nüfuzlu siyasətçidir.

Bu gün Azərbaycanla dost olmaq, Azərbaycanın inkişafını görüb onun yanında olmaq istəyən ölkələrin sayı çoxdur və durmadan artır. İranda Azərbaycan səfirliyinin müvəqqəti olaraq fəaliyyətini dayandırması isə təbiidir.

Çünki İran Vyana Konvensiyasını kobud şəkildə pozan ölkədir. İran hələ 1979-cu ildə Amerika səfirliyinin əməkdaşlarını girov saxlayıb, bir çox ölkələrin səfirliklərdə terror həyata keçirib və terrora dəstək verən dövlət kimi dünyada ad çıxarıb.

Azərbaycan səfirliyinə edilən terror hadisəsi də deyilənlərə bariz nümunədir". Onun sözlərinə görə, təhlükəsiziliyə tam zəmanət verilməli, baş verən terror hadisəsinin Azərbaycan hüquq mühafizə orqanlarında iştirakı ilə araşdırılması həyata keçirilməlidir. Çünki Azərbaycanda bu istintaq İran tərəfindən təkbaşına aparılarsa, ədalətliliyinə qarşı şübhə birmənalıdır.

“İran günahını etiraf etməli, Azərbaycana olan münasibət kökündən dəyişməlidir. Siyasi prosseslərdə qonşuluq siyasətinə əməl edilməli, Azərbaycanın bugünə qədər İrana qarşı olan siyasətinə adekvat siyasət həyata keçrilməlidir. Bütün bunların fonunda münasibətlərə gələcəkdə yenidən baxıla bilər. Yəni bu İrandan asılıdır.

İran Azərbaycana olan münasibətində köklü dəyişiklik etməli, Azərbaycanla qonşuluq, dostluğa söykənən münasibət formalaşdırmalı, qəti sürətdə Azərbaycanın daxili işlərinə qarışmamalı, Azərbaycanın bölgədəki geosiyasi siyasətinə qarışmamalı, əksinə dəstək olmalıdır. Bütün bunlardan sonra İranla olan münasibətlərin formalaşmasından danışmaq olar.

İndi isə hələlik gördüyümüz budur ki, İran terroru dəstəkləyən şər rejim və qrupdur. İnsanlar bundan xilas olmaq üçün aylardır ki, küçələrdədir”-deyən deputat hesab edir ki, İran buna diqqət etməli, yaxşı düşünməli, etdiyi yanlışlıqları dəyişdiriməli, öz imicində olan mənfi obrazın dəyişdirilməsi üçün real addımlar atmalıdır.

 

0.23162603378296