Məişət texnikası və elektronika məhsulları şəbəkəsi olan “Optimal Elektronika” MMC-nin maliyyə direktoru vəzifəsindən ayrılmaq üçün istefa ərizəsi yazıb.
Bu barədə Elfaq Seyidov özü “Demokratikmusavat.com ”a məlumat verib.
Hazırda ölkə xaricində olduğunu deyən E.Seyidov şirkətin vaxtilə maliyyə problemləri ilə üzləşdiyini, lakin bu problemlərin böyük hissəsinin həll edildiyini bildirib. Həmçinin “Optimal Elektronika”nın vergi, əməkhaqqı, DSMF öhdəliklərinin olmadığını vurğulayıb.
Şirkətin satışları dayandırmasının isə mağazaların yenilənməsi və vitrinlərin doldurulması ilə bağlı olduğunu söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl “Optimal Elektronika” MMC-nin bağlanacağı iddia olunmuşdu, mağazalar şəbəkəsinin yenilənmə ilə bağlı bütün filiallarında satışı dayandırması bu şübhələri daha da artırmışdı.
Eləcə də, bir müddət əvvəl mətbuatda “Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru Əsgərov Əhəd Tofiq oğlunun ölkədən çıxışına qadağa qoyulduğu qeyd olunmuşdu.
Könül
Demokratikmusavat.com
Digər xəbər: “Optimal Elektronika” bağlanır?