Mərkəzi Bankın banklar qarşısında xarici valyuta almaması ilə bağlı inzibati şəkildə tələb qoyması xəbərləri doğru deyil.
Demokratikmusavat.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov valyuta hərraclarında dollara tələb olmaması ilə bağlı danışarkən deyib. O bildirib ki, bu tələbin qoyulması üçün hər hansı məqsəd yoxdur.
"Valyuta ehtiyatlarımız azalmayıb ki, bu ehtiyatlatın qorunması üçün belə addım atılsın. Biz mütəşəkkil banklararası bazar yaratmışıq və bu da imkan verir ki, banklar bir araya gəlib öz valyuta tələblərini ödəsin. Hazırda bazarda kəskin tələb və təklif yoxdur, sadəcə tələb azalıb. Keçmişdə 1-2 bankda artıq valyuta olduqda digər banklara satılır, satılmadıqda isə Mərkəzi Banka müraciət edirdi. Hazırda isə banklararası bazar vasitəsilə bu satış həyata keçirilir".
Könül
Demokratikmusavat.com