“Aşk-ı Memnu”dan uyğunlaşdırılan və tarixi film kimi çəkiləcək “Bihter” filmində rol alacaq aktyorların bəzilərinin adları açıqlanıb.
Demokratikmusavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, obrazları müvafiq olaraq aşağıdakı aktyorlar canlandıracaq:
Bihter- Farah Zeynəb Abdullah
Behlül- Bozan Kuzum
Nihal – Helin Kandemir
Firdevs Yöreoğlu- Hande Ataizi
Peykər - Nezaket Erden
Matmazel – Ebru Özkan
Beşir – Lorin Merhart
15 martda çəkilişlərə başlaması planlaşdırılan film üçün Adnan obrazını canlandıracaq aktyor axtarılır.
Qeyd edək ki, “Aşk-ı Memnu” 4 sentyabr 2008-24 iyun 2010-cu il tarixləri arasında Kanal D-də yayımlanan türk serialıdır. Serialda baş rolları Kıvanç Tatlıtuğ, Beren Saat və Səlçuk Yöntəm oynayıb. Serial final bölümü ilə türk serialları tarixində ən çox izlənilən serial kimi tarixə düşüb.
Serial Xalid Ziya Uşaklıgilin 1899-cu ildə nəşr olunan eyniadlı romanından uyğunlaşdırılıb. “Aşk-ı Memnu” Türkiyə televiziya tarixinin ən çox təkrarlanan seriallarından biridir.
ABŞ-da yerləşən ispandilli “Telemundo” kanalı “Pasion Prohibida” adı altında serialı yenidən çəkib. Ekran işi həmçinin Rumıniyada “Fructul Oprit” adı ilə də çəkilib.
Fidan