Sığorta sektorunda 19 lisenziya ləğv olundu

 

Azərbaycan Mərkəzi Bankı (AMB) 19 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

Bu barədə Demokratikmusavat.com a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar yanvarın 25-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalardan 15-i könüllü müraciət əsasında, 4-ü isə lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadığına görə ləğv olunub.

0.2018129825592