Azərbaycanın diplomatik missiyalarına son 2 ildə 5 hücum olub

 
Son iki ildə Azərbaycan səfirliklərinə beş hücum olub.
 
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Tehrandakı səfirliyə silahlı hücumla bağlı "Twitter" hesabındakı paylaşımında bildirib.
 
"Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Bir təhlükəsizlik əməkdaşı həlak olub, ikisi yaralanıb. Azərbaycanın diplomatik missiyalarına son 2 ildə 5 hücum olub. Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkənin Vyana Konvensiyasını həyata keçirməyə çağırırıq", - o qeyd edib.
0.17274880409241