Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin delimitasiyası məsələləri müzakirə edilib

 

 Yanvarın 24-25-də Aşqabadda Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin delimitasiyası məsələləri üzrə Birgə İşçi Qrupunun  növbəti iclası keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası prezidentinin sərhədlər və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə Xəzər Dənizi İnstitutunun direktoru, Türkmənistanın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.

İclasda Azərbaycan Respublikası və Türkmənistanın müvafiq nazirliklərinin və ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak ediblər.

İclas zamanı Azərbaycan və Türkmənistan rasında Xəzər dənizinin dibinin bölünməsinə dair saziş layihəsinin müddəalarının müzakirəsi davam edib. 06B

 

 
0.16914796829224