Dəmir yolu ilə sərnişindaşımaları 82% artıb

 

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2022-ci ildə 18,7 milyon ton yük, 5136,5 min sərnişin daşınıb.

Demokratikmusavat.com xəbər verir ki, 2021-ci illə müqayisədə yük daşınmasında 24,3%, sərnişin daşınmasında isə 81,8% artım müşahidə olunub.

Sözegedən dövrdə orta hesabla sutkada 337 vaqon yüklənib, 395 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,0 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

0.16556406021118