Bayden ABŞ-ın dövlət borcu ilə bağlı danışıqlardan imtina etdi

 

ABŞ prezidenti Co Bayden ölkənin dövlət borcunun yuxarı həddini artırmaq üçün ABŞ qanunvericiləri ilə danışıqlara getməyəcək. Demokratikmusavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibinin müavini Oliviya Dalton bildirib.

Onun sözlərinə görə, Konqres borcun yuxarı həddi məsələsini həll etməlidir.

“Bizim bununla bağlı mövqeyimiz dəyişməyib. Borc həddi ilə bağlı heç bir danışıqlar olmayacaq”, - Dalton bildirib.

ABŞ hakimiyyəti borcun 31,4 trilyon dollar həddinə çatması ilə əlaqədar defoltdan qaçmaq üçün fövqəladə tədbirlərdən istifadə etməyə başlayıb.

Elvin

Demokratikmusavat.com

0.18496084213257