KİV: ABŞ Abramsları Ukraynaya verməyəcək - SƏBƏB

 

ABŞ Ukraynaya Abrams tanklarını onların saxlanması və istismarı xərclərinə görə tədarük etməkdən imtina edir. Demokratikmusavat.com xəbər verir ki, bu barədə Pentaqondakı mənbəyə istinadən "Sky News Arabia" məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Vaşinqton xərclərə görə Ukraynaya Abrams verməkdən imtina edir”. Bundan əlavə, mənbənin sözlərinə görə, yazdan əvvəl qısa müddət ərzində ukraynalı hərbçilər üçün Abramsda təlim proqramını həyata keçirmək çətin olacaq.

Kanalın həmsöhbəti “Leopard-2” döyüş tanklarının Kiyevə təhvil verilməsini “Abrams”ın Berlinə tədarükü ilə əlaqələndirərək Almaniyanın mövqeyini də “balansız” adlandırıb. Onun sözlərinə görə, Almaniyaya öz effektivliyi və yüksək döyüş potensialı ilə seçilən “Leopard-2”lərin Ukraynaya göndərilməsinə icazə verməyə heç nə mane olmur.

Çərşənbə günü “Süddeutsche Zeitung” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Co Baydenlə telefon danışığında Almaniyanın “Leopard-2” döyüş tanklarının Kiyevə çatdırılmasına razılıq verəcəyini bildirib. Nəşrin məlumatlna görə, ABŞ lideri bu söhbətdə Abramsı Ukraynaya tədarük etmək planlarını birmənalı şəkildə təsdiqləməyib.

Elvin

Demokratikmusavat.com

0.45157599449158