Bloomberg: Rusiya nefti üçün qiymət həddinin aşağı salınmasına qarşı çıxdılar

 

ABŞ prezidenti Co Baydenin administrasiyası bəzi Avropa ölkələrinin Rusiyanın gəlirlərini daha da azaltmaq istəyinə baxmayaraq, Rusiya neftinin qiymət həddinin aşağı salınmasına qarşıdır. Demokratikmusavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Materialda həmçinin qeyd olunur ki, Rusiyanın flaqmanı olan Urals nefti dünya bazar qiymətlərindən xeyli aşağı satılır.

Mənbə "Bloomberg"ə bildirib ki, ABŞ xam neftin qiymətini dəyişməzdən əvvəl G7 ölkələrinin fevral ayında dizel qiymətinə əlavə məhdudiyyətlər tətbiq etməsini gözləyir.

Daha əvvəl "Reuters" agentliyi ABŞ Maliyyə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadla yazıb ki, o, Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlərin Rusiya neftinin qiymətinin 1 barrel üçün 60 dollardan yuxarı həddi tətbiq etməsi səbəbindən aşağı düşdüyünü bildirib.

Elvin 

Demokratikmusavat.com

0.23660898208618