Sabiq futbolçu faciəvi hadisə nəticəsində öldü

 

İngiltərənin "Tottenhem" komandasının sabiq futbolçusu Anton Uolks faciəvi hadisə nəticəsində ölüb.

Demokratikmusavat.com xəbər verir ki, 26 yaşlı müdafiəçi qayıq qəzasında dünyasını dəyişib.

Son olaraq ABŞ-da "Şarlott" komandasının formasını geyinən ingiltərəli oyunçu Mayami yaxınlığında qəzaya uğrayıb.

Qeyd edək ki, Anton Uolks 2016 - 2018-ci illərdə "Tottenhem"in şərəfini qoruyub.

0.21354985237122