Rusiyanın nüvə kreyseri bu şəhərə ÇATDI

 

Strateji əhəmiyyətə malik “Generalissimo Suvorov” nüvə sualtı qayığı Ağ dənizdən Barents dənizinə keçərək Severomorskdakı bazaya çatıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ən yeni strateji nüvə raket sualtı gəmisi "Generalissimo Suvorov" Ağ dənizdən Barents dənizinə keçid edib. Gəmi Şimal Donanmasının əsas bazası - Severomorskdakı yanalma körpüsünə çatıb ", - Müdafiə Nazirliyindən bildiriblər.

Severomorskda sualtı qayığın ekipajı döyüş hazırlığı keçəcək, kurs işlərindən keçəcək və sonra Sakit Okean Donanmasında daimi dislokasiya yerinə yollanacaq.

"Generalissimo Suvorov" seriyalı dördüncü nəsil strateji raket sualtı qayığı noyabr ayında Bulava ballistik raketlərinin atılması və dənizə çıxması da daxil olmaqla sınaqların bütün mərhələlərini başa vurub.

0.15551900863647