Rusiya səfiri Kanada XİN-ə çağırılıb

 

Yanvarın 18-də Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov Kanada Xarici İşlər Nazirliyinə çağırılıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə diplomat TASS-ın müxbirinə bildirib.

“Onlar məni Xarici İşlər Nazirliyinə dəvət ediblər. Saat 16:00-a (Bakı vaxtı ilə 01:00 – red.)”, - o deyib.

Stepanov Xarici İşlər Nazirliyinə çağırılma səbəbini açıqlamayıb.

Xatırladaq ki, 2022-ci ildə Stepanov Ukraynadakı müharibəyə görə dəfələrlə Kanada Xarici İşlər Nazirliyinə çağırılıb.

0.43753600120544