NATO Ukrayna ilə bağlı məsləhətləşmələr aparır

 

NATO-nun Baş katibi Yens Stoltenberq NATO ölkələrinin Ukraynaya tank və digər müasir silahların göndərilməsi ilə bağlı məsləhətləşmələr apardığını təsdiqləyib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

“NATO Ukraynaya əsas döyüş tanklarının tədarükü ilə bağlı məsləhətləşmələr aparır”, - o deyib.

Y.Stoltenberq həmçinin bildirib ki, Ukraynaya təkcə tanklar deyil, həm də hava hücumundan müdafiə sistemləri, ehtiyat hissələri, döyüş sursatı və artıq bu ölkəyə göndərilən texnikanın texniki xidməti lazımdır.

0.1770601272583