Tibetdə qar uçqunu insanların həyatına son qoydu

 

Çinin qərbindəki Tibet Muxtar Rayonunda (TMR) avtomobil tunelinin yaxınlığında qar uçqunu nəticəsində azı 8 nəfər ölüb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, hadisə Nyinqçi şəhəri yaxınlığında (TMR-nin cənub-şərqində) baş verib. Xilasetmə əməliyyatlarını həyata keçirmək üçün 250-yə yaxın insan və 70-dən çox texnika səfərbər edilib.

Yerli administrasiya ikinci dərəcəli hadisələrin qarşısını almaq üçün tədbirlər görüb. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

0.24325895309448