Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavod 2024-cü ilin yanvarında fəaliyyətə başlayacaq və “Carlsberg Group” şirkəti ölkəmizdə yeni investisiyaların yatırılmasını planlaşdırır.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü zamanı bildirilib.
Şirkətin Azərbaycanda arpa emalını 100% lokallaşdırdığı, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılmasının isə yaxın vaxtlarda 100%-ə çatdırılacağı bildirilib.