Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub.
“Demokratikmusavat.com ”ın məlumatına görə, İbrahimova Umeyra Fərhad qızı bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinə yeni direktor təyin olunub.
U. İbrahimova 2011-2022-ci illərdə “Paşa Bank”da müxtəlif vəzifələrdə çalışıb. Daha əvvəl isə “Paşa Kapital”, BP kimi şirkətlərdə fəaliyyət göstərib.
Onu da bildirək ki, ötən il Kapital bazarına nəzarət departamentinin adı Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinə dəyişdirilmiş, departamentə isə rəhbər təyin edilməmişdi.
Könül
Demokratikmusavat.com