“Biz indi yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Amma eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış strukturlar yaradılıb”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı deyib.
“Bu təcrübəni sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik” - dövlət başçısı əlavə edib.