Paşinyandan sensasiyalı etiraflar: “Qarabağı təslim etməli idik”

 

“Çox vaxt deyirlər ki, müharibənin günahı məndədir. Çox yaxşı, gəlin başa düşək ki, müharibədən qaçmağa bizə nə kömək etməli idi”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

“Yəni düzgün addım odur ki, bu rayonlar təslim edilməli və Qarabağın statusunun qeyri-müəyyənliyini və Qarabağın statusunun faktiki olaraq Azərbaycanın tərkib hissəsi kimi təsbitini, Qarabağı tərk etmiş azərbaycanlıların qayıtmasını təminatını qəbul edib və Qarabağı idarə etmək imkanı əldə edilməli idi. İndi geriyə baxaraq deyə bilərik: bəli, bəlkə də bugünkündən daha yaxşı olardı. Amma o zaman kim inandıra bilərdi ki, bu getməli olan yoldur. Bu, güclü ordumuz, etibarlı müttəfiqlərimizin olduğunu bildiyimiz, bir addım belə geri çəkilməməyimizlə bağlı masada rəsmi xəbərlərin olduğu şəraitdə idi və s.”, - Paşinyan qeyd edib.

O əlavə edib ki, bununla heç bir ittihamı rədd etmək istəmir: “Deyirəm, gəlin daha dərindən baxaq. Ancaq hətta rentgenin səviyyəsi də məsələni tam başa düşmək üçün kifayət deyil. Sual DNT səviyyəsindədir.

Bizim vətənpərvərlik modelimiz Ermənistanın dövləti və dövlətçiliyi ilə əsaslı şəkildə ciddi ziddiyyət təşkil edən sovet modelidir. Əgər bu səviyyələrə çatmasaq, dolaşıqları açmayacağıq”.

 

Mürtəza, Ölkə.az

0.11722493171692