Pandemiya ilə bağlı sahibkarlara 39,2 milyon manat yardım edilib

 

2020-ci ilin iyun ayından bu il dekabrın 1-nə qədər Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara 39,2 milyon manat yardım edilib.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.

Onun sözlərinə görə, ödəniş dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində həyata keçirilib.

0.19965600967407