Paralel.az " xəbər verir ki, "Brent" neftinin fevr ..."> Paralel.az " xəbər verir ki, "Brent" neftinin fevr ...">

Neft qiymətləri yüksəlib

 

Çərşənbə günü neft qiymətləri yüksəlməkdə davam edib.

Demokratikmusavat.com xəbər verir ki, "Brent" neftinin fevral fyuçersləri 0,09 dollar və ya 0,1% artaraq bir barel üçün 84,42 dollar olub.  ABŞ xam nefti (WTI) isə 0,1 dollar və ya 0,1% artaraq 79,63 dollar/barelə çatıb.

Optimist bazar əhval-ruhiyyəsi fonunda hər iki göstərici çərşənbə axşamı üç həftənin ən yüksək səviyyəsinə çatıb. Belə ki, neft qiymətləri dünyanın ən böyük neft idxalçısı olan Çinin COVID-19 məhdudiyyətlərini yüngülləşdirməyə davam etdiyi üçün yanacaq tələbinin bərpası ümidi ilə yüksəlib.

Həmçinin Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən, ölkənin dekabrın 5-də tətbiq edilən G7 qiymət həddinə riayət edən ölkələrə fevralın 1-dən neft satışını qadağan etməyi hədəflədiyi xəbəri də qiymətlərin artımına təsir edib.

Könül
Demokratikmusavat.com

0.19746279716492