Türkiyədə dördgünlük iş həftəsi sınaqdan keçiriləcək

 

Türkiyədə ilk dəfə korparativ şirkət daxilində həftədə 4 günlük iş rejimi tətbiq olunacaq.

Demokratikmusavat.com ” Türkiyə mediasına istinadən xəbər verir ki, 1450 işçisi olan şirkət həmin prosesi 1 yanvar-31 mart 2023-cü il tarixləri arasında tətbiq edəcək.

Bu sınaq əlavə maaş almayan təxminən 200 işçiyə tətbiq ediləcək. İştirak etmək istəyənlərin qəbulu isə müraciət əsasında həyata keçiriləcək.

Həmçinin, şirkət həftənin 2 günü evdən işləməyə də davam edəcək.

Qeyd edək ki, 4 günlük iş rejimi İspaniya, Belçika, İslandiya, Böyük Britaniya, Hollandiya, İsveç, Almaniya, Danimarka, Finlandiya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, ABŞ və Avstraliya kimi ölkələrdə tətbiq edilir.

Xatırladaq ki, bir çox ölkə eyni məhsuldarlıq səviyyəsini saxlamaqla iş vaxtını azaltmaq haqqında sınaqlar həyata keçirir.

0.41695618629456