Avropada qazın qiyməti müharibədən əvvəlki səviyyəyə DÜŞDÜ

 

Avropada qazın qiyməti dekabrın 27-də axşam saatlarında 1000 kubmetr üçün 850 dollardan aşağı düşüb.

Demokratikmusavat.com xəbər verir ki, ICE London Fond Birjasının məlumatına görə, bu il fevralın 21-dən (müharibədən öncə) bu yana ilk dəfə belə azalma qeydə alınıb.

"Çərşənbə axşamı Avropada qaz fyuçersləri təxminən 6,6% azalaraq, fevralın 21-dən bəri ilk dəfə olaraq min kubmetr üçün 850 dollardan aşağı düşüb", - hesabatda deyilir.

TTF mərkəzində yanvar çatdırılması üçün ən yaxın fyuçerslər GMT vaxtı ilə 16:52-ə 7% ucuzlaşaraq 849,68 dollar təşkil edib.

Qeyd edək ki, Aİ Şurası vətəndaşları və iqtisadiyyatı həddindən artıq yüksək qaz qiymətlərindən qorumaq üçün bazar korreksiyası mexanizmini yaradan qətnaməni rəsmən qəbul edib.

Xatırladaq ki, daha əvvəl Aİ ölkələrinin Rusiya qazının maksimal qiymətinin 180 avro/MVt səviyyəsində müəyyən edilməsi barədə razılığa gəldiyi barədə yazmışdıq.

Gözlənilməz nəticələrlə bağlı yuxarı həddinin dayandırılması üçün də şərtlər var. Bundan əlavə, avqust-noyabr aylarında Avropa İttifaqı əvvəlki beş ilin eyni dövrü ilə müqayisədə 20% az təbii qaz istehlak etməyə başlayıb.

0.49759197235107