Kremldən KRİTİK QƏRAR: zəhərlərin hazırlanmasına nəzarət edən general...

 

Xüsusilə müxalif Rusiya siyasətçiləri və liberallarını aradan qaldırmaq üçün zəhərlərin hazırlanmasına nəzarət edən Federal Təhlükəsizlik Xidmətinin general-polkovniki Eduard Çernovoltsev işdən çıxarılıb.

Demokratikmusavat.com xəbər verir ki, bununla bağlı Kremldən qərər verilib.

Məlumata görə, Çernovoltsev FTX-nin Tədqiqat İnstitutu-2-yə nəzarət edirdi, burada gizli laboratoriyada bütün növ zəhərlər hazırlanır. İnstitutun əməkdaşları müxalifət lideri Aleksey Navalnı, yazıçı Dmitri Bıkov və ictimai xadim Vladimir Kara-Murzanın zəhərlənməsində iştirak ediblər.

Rəsmi olaraq, Çernovoltsev pensiya yaşına çatdıqdan sonra pensiyaya göndərilib. Halbuki, bu səviyyədə olan şəxsə adətən 70 ilə qədər xidmət etməyə icazə verilir.(publika.az)

0.54928302764893