Qara dəniz sualtı elektrik kabeli layihəsinin dəyəri məlum oldu

 

Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin həyata keçirilməsi 2-3 milyard ABŞ dollarına başa gələcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib. Layihənin Gürcüstanın təşəbbüsü olduğunu vurğulayan Qaribaşvili əlavə edib ki, elektrik enerjisi kabelinin uzunluğu 1 100 kilometr olacaq.

Bu layihənin “ikinci Bakı-Tbilisi-Ceyhan layihəsi” olduğunu deyən edən hökumət başçısı işlərə tezliklə başlanacağını bəyan edib.

Qeyd edək ki, dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən Gürcüstan və Qara dəniz vasitəsilə Azərbaycandan Rumıniyaya elektrik enerjisi kabeli çəkiləcək.

0.12284898757935