Rusiya ukraynalı əsgərlərin cəsədlərini təhvil verdi

 

Bu gün Ukrayna və Rusiya arasında hərbçilərin meyitlərinin növbəti dəfə qaytarılması prosesi həyata keçirilib. Ukraynaya 42 meyit təhvil verilib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu haqda Ukrayna Reinteqrasiya Nazirliyi məlumat yayıb.

“Mübadilə işləri dayanmır. Danışıqlar prosesinin mürəkkəb və uzun olmasına baxmayaraq, biz onu sürətləndirməyə çalışırıq. Biz hər bir ailəni, müdafiəçilərin dönüşünü gözləyənləri başa düşürük. Hamını geri qaytaracağıq”, - deyə İtkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib.

Qeyd edək ki, ümumilikdə, genişmiqyaslı müharibə başlayandan indiyədək 869 Ukrayna əsgərinin meyiti qaytarılıb.

0.15101218223572