İKT üzrə yeni milli standartlar hazırlanacaq

 

Azərbaycanda gələn il İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə yeni milli standartların hazırlanması nəzərdə tutulur.

Demokratikmusavat.com xəbər verir ki, bu məsələ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (TK-05) növbəti iclasında müzakirə edilib.

İclasda 2022-ci il üzrə Fəaliyyət Planına uyğun görülmüş işlər və 2023-cü ildə qarşıda duran həlli vacib məsələlər, o cümlədən sahə üzrə aktual hesab edilən yeni milli standartların hazırlanması nəzərdən keçirilib.

Bu il Texniki Komitə üç iclas keçirib, İKT sahəsi üzrə nəzərdə tutulan yeddi milli standart hazırlayıb və mövcud qanunvericiliyə uyğun olaraq əvvəl qəbul olunmuş digər yeddi standartın dövri baxışını həyata keçirib.

Texniki Komitənin yeni tərkibi, əsasnaməsi və strukturu 27 dekabr 2021-ci il tarixində təsdiq edilib. Komitənin sədri RİNN-in Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov, katibi isə nazirliyin Texnoloji inkişaf şöbəsinin baş məsləhətçisi Qulam Abdullayevdir. Texniki Komitənin üzvlərinə müxtəlif dövlət qurumları, ali təhsil müəssisələri və İKT üzrə fəaliyyət göstərən şirkətlərdən mütəxəssislər cəlb edilib.

0.20683598518372