Dünya birjalarında neft bahalaşıb

 

Dünya birjalarında neft qiymətləri artıb.

Demokratikmusavat.com ” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 2,94 dollar və ya 3,63% artaraq 83,92 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 2,07 dollar və ya 2,67% artaraq 79,56 dollar təşkil edib. 

0.19295787811279