Hamilə olduğu deyilirdi, təsdiqlədi - FOTO

 

Keçən ay iş adamı Berkin Gökbudakla ailə quran məşhur aktrisa Aslı Enver evliliyi barədə danışıb.

Demokratikmusavat.com xəbər verir ki, aktrisa xoşbəxt olduğunu bildirib: “Evlilik yaxşıdır. Hər şey yaxşıdır, çox xoşbəxtik”.

O daha sonra hamilə olduğunu təsdiqləyib: “Mənim üçün yeni bir dövrdür. Bu mövzuda mənə bir az vaxt versəniz, daha sərbəst danışa bilərəm. İndi danışmağa çəkinirəm. Körpənin adı haqqında düşünmək hələ tezdir”.

Qeyd edək ki, 38 yaşlı A.Enver bir müddətdir birlikdə olduğu B.Gökbudakla ani şəkildə evlənib. Məlumata görə, evliliyin təcili olmasının və hamıdan gizlədilməsinin səbəblərindən biri də hamiləlik olub. Belə ki, “Benim Adım Farah” serialında baş rolu canlandırması planlaşdırılan aktrisa hamilə olduğu üçün layihədə yer almayıb.

0.12444281578064