Ermənistanda iki nazirlikdə yoxlamalar başlayıb

 

Ermənistanın Dövlət Nəzarət Xidməti Xarici İşlər və İqtisadiyyat nazirliklərində yoxlamalara başlayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Bildirilib ki, bundan əvvəl Müdafiə Nazirliyində və Penitensiar xidmətdə yoxlamalar aparılması barədə məlumat yayılmışdı.

Qeyd olunub ki, bütün dövlət strukturlarına, məmurlara təhvil verilən avtomobillər yoxlanılır. Məmurların avtomobillərinin katalizatorlarının oğurlanaraq satıldığına dair şübhələr var.

0.14349293708801