Xerson Vilayət Administrasiyasının binası vuruldu

 

Xerson Vilayət Administrasiyasının binası vurulub.

Demokratikmusavat.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının  müavini Kirilo Timoşenko deyib.

Qeyd olunub ki, Rusiya ordusunun hücumu nəticəsində Xerson Vilayət Administrasiyasının binasına zərər dəyib.

Bundan əlavə, bu gün Xerson şəhərinin mərkəzinə çoxsaylı raket atışlarının həyata keçirdiyi bildirilib.

Xatırladaq ki, Xerson şəhəri ötən ay Rusiya qüvvələrinin çıxarılmasından sonra yenidən Ukrayna ordusunun nəzarətinə keçib.

0.12762093544006