Azərbaycanda əmək müqavilələrinin sayı BİLİNDİ - FOTO

 

Məşğuluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan yaradıb. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında əmək müqavilələrinin sayı 3,4 faiz və ya 57 min artaraq  1 741 468 müqavilə təşkil edib. Bu dövrdə əməkhaqqı fondu da 20 faiz artıb.

0.48955488204956