Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ümumi icarə sahəsi 24 min kvadratmetr olan üç müasir və enerjiyə qənaət edən quru anbarın tikintisi üçün Azərbaycan şirkəti "Gemza Group"a 5,6 milyon avro kredit ayırıb.
Demokratikmusavat.com bu barədə AYİB-ə istinadən xəbər verir.
Məlumata əsasən, kredit Azərbaycanda müasir anbar çatışmazlığını aradan qaldırmaq, ölkənin təchizat zəncirinin dayanıqlığını gücləndirmək və Orta Dəhliz boyunca anbar imkanlarını artırmaq üçün nəzərdə tutulub. Müqavilə həmçinin enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla 1 MVt-a qədər elektrik enerjisi istehsal etmək üçün günəş panellərinin yerində quraşdırılmasını da əhatə edir.
"Gemza Group" Azərbaycanda mühəndislik, satınalma və təmir xidmətləri göstərən uğurlu yerli müəssisədir.
Qeyd edək ki, AYİB 1992-ci ildən Azərbaycanda bank-maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 185 layihəyə 3,65 milyard ABŞ dollarından çox sərmayə yatırıb.
Könül
Demokratikmusavat.com