Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi 2021-ci ili 96 milyon manat xalis xərərlə başa vurub.
“Demokratikmusavat.com ” xəbər verir ki, ötən ilin yekununda agentliyin əməliyyat xərcləri 73,794 mln manat, ümumi və inzibati xərcləri 22,704 mln manat təşkil edib.
Ümumi əməliyyat xərcləri 96,498 mln manat olan agentliyin maliyyə xərcləri 4,828 min manat, digər gəlirləri 80,294 min manat olub. Nəticədə, Dövlət Məşğulluq Agentliyinin 2021-ci il üzrə xalis xərcləri 96,423 mln manat təşkil edib.
Agentliyin cəmi aktivləri ötən ilin əvvəli ilə müqayisədə 29% artaraq ilin sonunda 107,126 mln manat, cəmi öhdəlikləri isə 5 dəfə artaraq 599,405 min manat olub.
Nizamnamə kapitalı 5 mln manat olan qurumun ümumi fondu illik müqayisədə 30% artaraq 101,527 mln manata çatıb. Bununla da, cəmi kapitalı 28,6% artaraq 106,527 mln manat təşkil edib.
Könül
Demokratikmusavat.com